Muəllif:

Türkdilli ölkələrin azad ticarət zonası yaradılacaq

Türkdilli ölkələrin azad ticarət zonasının yaradılması üzrə sənədin hazırlanmasına başlanılır.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov Trend-ə bildirib ki, qurumun İqtisadi, ticarət, maliyyə üzrə komitəsinin 2-ci toplantısında TÜRKPA-ya üzv olan dövlətlər arasında gömrük rüsumlarının aradan qaldırılması, vergidən azad iqtisadi zonaların yaradılması layihəsi müzakirəyə çıxarılacaq.
«Bu məsələ dövlətlərarası razılaşmalarla baş tutmalıdır. Azad iqtisadi zonaların qanun şəklinə salmaq üçün üzərində uzun müddət işləmək lazımdır. Əsas odur ki, TÜRKPA komitəsi bu prosesə start verəcək», — Həsənov bildirib.
Baş katib qeyd edib ki, TÜRKPA-nın İqtisadi, ticarət, maliyyə üzrə komitəsinin 2-ci iclasının mart ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, TÜRKPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir.
Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.
Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197