Muəllif:

Türkanda silahlı insident baş verib

Türkanda silahlı insident baş verib. Xəzər rayon Polis Idarəsindən Trend-ə verilən məlumata görə, şənbə günü axşam Türkan qəsəbəsində bu silahlı münaqişə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Xəzər rayon Prokuroluğundan verilən məlumata əsasən, ilkin ehtmiala görə insident şəxsi münaqişə zəmində baş verib. Faktla bağlı ilkin olaraq CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Bu silahlı insidentdə üç qardaş güllələnib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkan qəsəbə sakini, 31 yaşlı Cabbar İbrahimov ov tüfəngi ilə qonşuları Elman Zeynalov (1968), onun qardaşları, Taleh Zeynalovu (1970) və Bəhruz Zeynalovu (1972) güllələyib.

Elman və Taleh Zeynalovlar aldıqları güllə yarasından ölüblər, Bəhruz Zeynalov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəyə qonşular arasındakı torpaq mübahisəsinin səbəb olduğu üzə çıxıb.

Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumta görə, qətl törədən Cabbar İbrahimov artıq saxlanılıb. Respublika Prokurorluğunun hadisənin təfərrüatları ilə bağlı geniş məlumat yayacağı təxmin edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179