Muəllif: İsmayıl Umudlu
Türk təyyarələri PKK düşərgələrini bombalayır
İraqın şimalındakı Zap düşərgəsindən böyük bir PKK qrupunun Türkiyəyə keçməyə cəhd etməsinin aşkar olunması ilə bağlı Türkiyə hərbi-hava qüvvələri İraq ərazisində hərbi əməliyyata başlayıblar. APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, əvvəlcə kəşfiyyat xarakterli uçuşlar həyata keçirilib. Şübhələr təsdiq olunandan sonra 6 ədəd F-16 hərbi təyyarəsi, Hakkari vilayətinin Çukurcu İlçəsi üzərindən keçərək Şimali İraqda Zap, Haftanin və Metina bölgələrində aşkar edilən terror hədəflərini bombalayıblar.
Ümumilikdə indiyədək 18 hədəfin bombalandığı bildirilir. Əməliyyat digər tipli təyyarələrin də yardımı ilə davam edir.
Bölüm: Redaktor seçimi
Oxunma sayı: 126