Muəllif: Redaksiya
Türk qırıcısı Suriya helikopterini vurub saldı
Türk Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarı Suriyaya məxsus helikopteri vurub. Hadisə Hatay elinin sınır bölgəsində olub. Suriya helikopteri Türkiyənin hava məkanına daxil olduqdan sonra vurulub.
Əhməd Davudoğlu bu hadisə ilə bağlı olaraq deyib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərini müdafiə üçün istənilən addımı atmağa hazırdır.
Ə. Davudoğlu bildirib ki, Türkiyə Suriya helikopterini vurmazdan öncə pilotları ölkə sərhədinə 5 mildən daha az məsafədə yaxınlaşmağın qadağan olması barədə xəbərdarlıq edib: «Lakin helipokterin pilotu xəbərdarlığımızın ciddiliyini nəzərə almadı».
Bölüm: Dünya
Oxunma sayı: 192