Muəllif: Redaksiya
Türk polisi Naxçıvan gömrüyünün rəisini qandalladı: korrupsiya və qaçaqmalçılıq…
Türk polisi Naxçıvan gömrüyünün rəisi Mirməmməd Seyidovu Kars hava limanında saxlamış və qandallamışdır. Onun Dilucu gömrük-buraxılış məntəqəsində korrupsiya və qaçaqmalçılıq faktlarının təhqiqatı üzrə əməliyyat çərçivəsində saxlamışlar. Hürriyet qəzetininyaydığı xəbərə istinadən, Seyidov Karsdan İqdıra gətirilmiş və burada tibbi müayinədən keçirilmişdir. Azərbaycan konsulu Asiman Əliyev bu məsələ ilə bağlı İqdır Polis İdarəsinə gəlmişdir.
Dilucu və Aralık rayonunda 280 polisin eyni anda başladıqları əməliyyatların gedişində türk gömrüyünün 1-i qadın olmaqla 7 əməkdaşı və nəqliyyat firmalarının rəhbərlərindən 10 adam tutulmuşdur. Onlardan bəziləri barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycanın Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, hazırda Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 334