Türk pilotları “İmam Rzanın Ziyarətçiləri” qaçırıb?
Livanda Türk pilotları qaçıranlar barədə bəzi şeylər aydın olub. İki pilotun qaçırılmasında məsuliyyəti öz üzərinə götürən “İmam Rzanın Ziyarətçiləri” qruplaşması barədə maraqlı faktlar aşkarlanıb.
Qruplaşma 1980-ci illərdə Bəşər Əsədin əmisi Cəmil Əsəd tərəfindən yaradılıb.
Məlumata görə,Türkiyə xüsusi xidmət orqanları təşkilat haqqında yetərli informasiya toplayıblar.
Xatırladaq ki, avqustun 9-da THY-a məxsus İstanbul-Beyrut istiqamətində uçan təyyarənin pilotu Murat Ağca və pilot köməkçisi Murat Akpınar səhər saat 03:00-da otelə gedərkən qaçırılıb. Avtobusla otelə gedən zaman onların qarşısını avtomobil kəsib. Naməlum şəxslərin pilotları hara apardığı və vəziyyətlərinin necə olduğu barədə məlumat yoxdur.
Türkiyə rəhbərliyinin İranla bu məsələdə təmaslarda olması görünür səbəbsiz deyildir.