Muəllif:

Türk istehsalı zirehli patrul maşını təqdim olunacaq

Türkiyənin «Katmercilər» şirkəti istehsal etdiyi «Pit-Bull VX» adlı yeni zirehli patrul maşınının Azərbaycanda təqdimatını keçirəcək. Polis və patrul əməliyyatları üçün nəzərdə tutulan maşın «Ford -550» şassisi üzərində yaradılıb. Maşınların əsas özəlliklərindən biri onun baxımının asan olmasıdır. Şirkətdən bildirilir: «Boş çəkisi 7530 kq təşkil edən «Pit-Bull VX» 9 nəfəri (2+7) daşıma tutumuna malikdir. Maşın 120 km/saat sürətlə hərəkət edə, 9 metrlik bir sahədə dönə bilir. Düşünürük ki bu maşın Sərhəd Qoşunları üçün daha münasib bir seçim ola bilər» (APA).

Şirkət nümayəndəsinin sözlərinə görə, «Katmercilər» bundan əvvəl Azərbaycan Daxili Qoşunlarına İctimai Aksiyalara Müdaxilə Maşınları (TOMA) satıb. Eyni zamanda ARDNŞ-ə müxtəlif növ maşınlar ixrac edib. Yüksək mərtəbəli binalarda yanğınların söndürülməsi üçün, yanğınsöndürən avtomobillərə inteqrasiya olunan müxtəlif avadanlıqlar da istehsal edən şirkət Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq imkanlarını araşdırır.

Bundan başqa, Azərbaycanda yaxın vaxtlarda ASELSAN-ın lisenziyası ilə BOA termal silah durbininin istehsalına başlanacaq. Artıq termal sistemin istehsalı ilə bağlı müvafiq texnologiyalar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Optika» İstehsalat Birliyinə verilib.

Qeyd edək ki, hazırda ASELSAN-ın lisenziyası ilə Azərbaycanda «Təkgöz» adlanan optik görüş sisteminin istehsalı davam etdirilir.

ASELSAN-dan o da bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən şirkətin istehsalı olan «Şahingözü» elektro-optik sistemi, «Piton» adlı termal silah durbini, AN-AVS 6 pilot gecə görüş sistemi və lazer məsafə ölçərlər geniş istifadə olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 774