Türk Əsgəri şəhidliyində anım mərasimi keçirilib
Türkiyənin Azərbaycan Böyük Elçiliyinin əməkdaşları, siyasi partiyaların təmsilçiləri Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 95 illiyi münasibətilə Türk Əsgəri şəhidliyinin abidəni ziyarət ediblər. Səfir İsmayıl Alper Coşqun isə bildirib ki, Bakını işğaldan azad olunması tarixə sadəcə Azərbaycan paytaxtının qurtuluşu günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi həkk edilib: “Hər il olduğu kimi bu ildə Türk şəhidliyinə gəlmək sürəti ilə, onlara olan mənəvi borcumuzu əda etdik. Eyni zamanda o güc mücadilələrindən çıxan Azərbaycanın bu gün gəldiyi nöqtədə və ölçüdə qürurumuzu bir daha hiss etdik. Bir kəs daha bu vəsilə ilə bütün şəhidlərimizi rəhmətlə və minnətlə anırıq”.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu (Azərbaycan Korpusu bu ordunun tərkibinə verilmişdi) ağır mühasirə döyüşlərindən sonra rus-ingilis-erməni qüvvələrini
yenmiş və Bakını yadellilərdən geri almışdır. «Sentrokaspi diktaturası»nın ermənilərdən və ruslardan ibarət hərbi hissələri təslim olmuş, ingilislər isə gəmilərə doluşub Ənzəliyə qaçmışlar…