Türk Dünyasının gənc yazarları Bakıya toplaşır
Türk Dünyasının gənc yazıçı və şairləri Bakıya toplaşır. Toplantı iyulun 1-dən 4-dək davam edəcəkdir. Açılış törəni iyulun 1-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Dünya Gənc Türk Yazarlar Birliyi-15: mükafatlandırma mərasimi və türk dünyası şeir axşamı” adı altında yer alacaq. Bildirilir ki,
toplantıya Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Saxa, Çuvaşıstan, Krım, eləcə də Almaniya, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Başqırdıstan Respublikasından, Moldovanın Qaqauz Yeri muxtar əyalətindən gəlmiş ədiblər iştirak edəcək.
Toplantı çərçivəsində yazarların bir sıra görüşləri keçirəcəkdir. Dünya Gənc Türk Yazarlar Birliyinin “Türk dünyası gənc yazarlarının Bakı toplantısı” layihəsi ölkə Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.