Muəllif:

Türk dövlətlərinin başçıları Qəbələyə toplaşdılar

Türk dövlətlərinin başçıları ilk paytaxtımız Qəbələyə toplaşdılar. Bu gün bu dağlıq şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısı öz işinə başlamışdır. Toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak edirlər. Özbəkistan prezidenti Kərimov və Türkmənistan prezidenti
Berdımühəmmədov toplantıya qatılmırlar. Əvəzində Türkmənistan baş nazirinin müavini Safardurdu Toyliyev (müşahidəçi qismində) iştirak edir.

Tədbirə TÜRKKON Ağsaqqallar Şurasının Azərbaycan tərəfdən təmsilçisi, millət vəkili Fəttah Heydərov, TÜRKPA baş katibi Ramil Həsənov, TÜRKSOY baş katibi Düsen Kaseinov da qatılıblar. Şurada sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

Sammitdə çıxış edən prezidentlər ölkələrində həyata keçirilən müxtəlif layihələr, o cümlədən regional əməkdaşlığın gücləndirilməsi sahəsində fikirlərini açıqlayıblar. TÜRKKON baş katibi Xəlil Akıncı isə ötən dövrdə görülən işlər barədə hesabatla çıxış edib.

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172