Turin meri Gəncəyə şərab festivalına dəvət edilib
Birinci paytaxtımız Gəncə İtaliyanın sənaye mərkəzlərindən olan Turin şəhəri ilə qardaşlaşıb. Gəncə şəhər İH başçısı Elmar Vəliyev başçılıq etdiyi heyətin səfəri zamanı Turin və Gəncə arasında əməkdaşlıq üzrə protokol imzalanıb. Elmar Vəliyevlə və Turin şəhərinin meri Piero Fassini bu əməkdaşlığın zəruri sahələrini nəzərdən keçiriblər.
Görüşdə bildirilib ki, Turin və Gəncə şəhərləri tarixi baxımdan bir çox oxşarlıqlara malikdirlər. Belə ki, hər iki şəhər müxtəlif dövrlərdə ölkənin paytaxtı missiyasını daşıyıb. Çoxəsrik tarixə malik Gəncə şəhərinin Azərbaycanın qədim mədəniyyət, iqtisadiyyat, elm, sənaye və ticarət mərkəzi olduğunu bildirən Gəncə Şəhər İH
başçısı burada bütün sahələr üzrə əməkdaşlıq üçün yüksək potensialdan söz açıb. Bir neçə il öncəl Bakıda səfərdə olduğunu bildirən Pierro Fassini də öz növbəsində qonaqları Turin şəhərinin tarixi, infrastrukturu ilə tanış edib. Azərbaycan heyəti şəhərin texnoparkına və bir sıra iqtisadi obyektlərə də baş çəkib.
Gəncə Şəhərinin İH başçısı deyib: «Bir neçə sahədə, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, elm sahələri üzrə memorandumlar hazırlanır. Gələcəkdə daha geniş formatda əməkdaşlıq etmək qərarına gəldik. Düşünürəm ki, həm bizim, həm də Turin şəhəri üçün bu çox vacibdir. Cənab meri noyabr ayında Gəncədə keçiriləcək Beynəlxalq Şərab Festivalına dəvət etdik. Orada artıq ikinci memorandumun imzalanması nəzərdə tutulub».

