Muəllif:

Tural Abbaslı 3 gün əli qandallı saxlanılıb, yemək çirkli qablarda verilir

Müsavat Partiyası gənclər təşkilatının rəhbəri Tural Abbaslı Binəqədi rayon müvəqqəti saxlama təcridxanasında qeyri-insani davranışa məruz qalır. Bu barədə şənbə günü fəalın anası Başxanım Abbaslı və onun vəkili Əsabəli Mustafayev bildiriblər.
Avqustun 7-də T.Abbaslı 15 sutka inzibati cəzaya məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 313-2.3 maddəsi ilə (inzibati cəzanı yerinə yetirməkdən imtina) təqsirli bilinib.
T.Abbaslı 220 saat ictimai işi yerinə yetirməkdən imtina edib. Bu, yanvarın 12-də Bakının mərkəzində gənclərin etiraz aksiyasında iştiraka görə 600 manat həcmində cərimədən imtinaya görə verilən inzibati cəzadır. O zaman bir neçə min gənc orduda qeyri-döyüş itkilərinə etiraz edib.
Məhkəmədə T.Abbaslı ictimai işlərdən yayınma ilə bağlı ittihamı rədd edib Belə ki, gənc 41 saylı MKİİ-də olub və qeydiyyata düşüb. Lakin heç kim ona iş təklif etməyib.
Fəalın anası və vəkili bildiriblər ki, T.Abbaslı təcridxanaya aparıldıqdan sonra üç gün ərzində əlləri qandalda saxlanılıb. O, məhkumun hüquqları və öhdəlikləri barədə təlimatla tanış olmaq istədiyini bildirdiyinə görə bu cəzaya məruz qalıb. Ona təmiz yataq ləvazimatı, ev yeməyi verilmir. Təcridxanada verilən yeməklər isə çox keyfiyyətsizdir, çirkli qablarda verilir.
Vəkil hesab edir ki, gənc fəal siyasi motivlərlə qeyri-insani davranışa məruz qalır.
Narahatlıq içində olan oğluna qarşı haqsızlıqla bağlı hara müraciət edəcəyini bilmir. “Ümidvaram ki, KİV mənim həyəcanımı yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq”, — B.Abbaslı vurğulayıb.

Bu arada bəlli olub ki, siyasi məhbusların anaları Prezident Administrasiyasının qarşısında aksiya keçirmək niyyətindədir. Bu barədə Turan-a Müsavat Partiyası gənclər təşkilatının lideri, 15 sutka həbs olunmuş Tural Abbaslının anası Başxanım Abbaslı bildirib.
Onun sözlərinə görə aksiyaya səbəb T. Abbasovun saxlandığı təcridxanada onunla qeyri-insani davranmadır. Aksiyanın dəqiq tarixi hələlik bəlli deyil. Əgər Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə imkan verilməsə, siyasi məhbusların anaları aclıq aksiyasına başlayacaqlar.
“Mənə oğlumla görüşə icazə vermirlər. Ancaq bu gün yenə görüşməyə çalışacam”, — o qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 244