Tural Abbaslı 15 sutka inzibati cəzaya məhkum edildi
Bu gün Nəsimi Rayon Məhkəməsi Müsavat Partiyası gənclər təşkilatının rəhbəri Tural Abbaslını 15 sutka inzibati cəzaya məhkum edib. O, CM-in 313-2.3 maddəsi ilə (inzibati cəzanı yerinə yetirməkdən imtina) təqsirli bilinib.
T.Abbaslı 220 saat ictimai işi yerinə yetirməkdən imtina edib. Bu, yanvarın 12-də Bakının mərkəzində gənclərin etiraz aksiyasında iştiraka görə 600 manat həcmində cərimədən imtinaya görə verilən inzibati cəzadır. O zaman bir neçə min gənc orduda qeyri-döyüş itkilərinə etiraz edib.
Məhkəmədə T.Abbaslı ictimai işlərdən yayınma ilə bağlı ittihamı rədd edib Belə ki, gənc 41 saylı MKİİ-də olub və qeydiyyata düşüb. Lakin heç kim ona iş təklif etməyib. Müsavat Partiyası məhkəmənin qərarını siyasi motivli hesab edir.(Turan).