Muəllif: Redaksiya
Tunis də islamçılrla «sağollaşmaq» istəyir
Misir xalqının ardınca Tunis xalqı da islamçılrla «sağollaşmaq» istəyir və islamçıların hökuməti istefa verməyə hazırdır. İslamcı «Ən-Nəhda» hərəkatının başqa yolu yoxdur. Toplumda çox böyük dəstəyi olan dünyəvi (layiq) müxalifət onları öz dəyərlərini cəmiyyətə zorla qəbul etdirməyə çalışmaqda ittiham edir və etiraz nümayişlərinin ardı-arası kəsilmir. Tunisdə də Misir variantı istisna deyildir. İslam dininə bağlı olsa da, Tunis bir Aralıq dənizi ölkəsi olaraq Batı dünyası və dəyərləri ilə də sıx bağlıdır və əksəriyyət etibarılə dünyəvi yaşam tərzinə üstünlük verir.
Tunis iyuldan bəri siyasi böhran yaşayır. Bu günlərdə Tunis hökuməti Misirdən Mursini sərbəst buraxmağı tələb etdiyi üçün Qahirə öz səfirini bu ölkədən geri çağırıb.
Bölüm: Dünya
Oxunma sayı: 237