Muəllif:

Tümen-Bakı qatarından bomba yerinə həşiş torbası aşkarlanıb

Tümen-Bakı qatarından bombanın olması ehtimalı ilə ayrılan vaqonda partlayıcı yox, həşiş aşkarlanıb. Rusiya xəbər qaynaqlarına istinadən, istehkamçılar vaqonda partlayıcı qurğunun olduğunu təsdiqləməyiblər, paketdə həşiş olub.

Qeyd edək ki, oktyabrın 24-də qatar Dağıstanın Dərbənd şəhərində gömrük-sərhəd nəzarətindən keçirilərkən vaqonların birində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Qatar əhatəyə alınaraq nəzarətə götürülüb, sərnişinlər təxliyə edilib. Bombaya bənzər əşyanın aşkarlandığı vaqon Tümen-Bakı sərnişin qatarından ayrılıb, qatarın özü isə qalan vaqonlarla Bakıya yola salınıb. Hadisə yerinə istehkamçılar və mütəxəssislər cəlb olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174