Muəllif: Redaksiya
Tüfənglə hədələyərək 115 min manatı aparan maskalı şəxslər tutuldu
Xəzinədarları tüfənglə hədələyərək 115 min manat oğurlayan maskalı şəxslər tutuldular. Onlar iki nəfər olublar. DİN-dən bildirilir ki, bu iki şəxs qara maskada Xırdalan şəhərində anbarlardan birinin inzibati binasına daxil olub və orada xəzinədar işləyən Yaşar Məmişov və Eldəniz Yusifovu tüfənglə hədələyərək 115 min 692 manat götürüb, üzərində dövlət qeydiyyat nişanı olmayan VAZ 2107 avtomobili ilə hadisə yerindən uzaqlaşıblar.
Görülən tədbirləri nəticəsində quldurluq edən Bakı şəhər sakini Tahir Bağırov və Bərdə rayon sakini Əlzamin Çərkəzov yaxalanıblar.
Bölüm: Kriminal
Oxunma sayı: 167