Muəllif:

TQDK-dan xəbərdarlıq:

TQDK tərəfindən 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir. 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən «Şagird — məzun elektron məlumat bazası» yaradılaraq istifadəyə verilib. Bu sistemə ölkənin ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatın daxil edilməsi nəzərdə tutulur. Sistemdən rayon (şəhər) təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər.
Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını müvafiq sahəyə yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir. «Şagird-məzun elektron məlumat bazası»na təhsil şöbələri nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər.
Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq, bütün məlumatlar daxil edildikdən sonra məlumatları TƏSDİQ etməkdən ibarətdir. Məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagird yekun qiymətləndirmədə iştirak etməyəcək və bunun nəticəsi olaraq təhsil sənədi almayacaq.
Rayon (şəhər) təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil olurlar. TQDK əməkdaşları tərəfindən buraxılış siniflərinin şagirdləri haqqında məlumatların «2012-2013-cü tədris ili üçün «Şagird-məzun bazası»na daxil edilməsi üçün dekabrda şəhər və rayonlarda məsul şəxslərlə seminar-məşğələlər aparılıb. Artıq ölkə üzrə 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilmişdir. Bu prosesin yanvar ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 234