Muəllif:

Toy mübahisəsini bıçaq və hakimin 7 ili həll etdi

Daşkəsən rayonunun Təzəkənd sakini, 36 yaşlı Rafael Süleymanov 7 oktyabr 2012-ci ilin aöşamında Gəncədə “Ruslan” kafesindəki toy mərasimində göy don geyib gəlmiş arvadı Gülər İbrahimova ilə rəqs edən zaman həmkəndlisi Elçin Bayramov ona yaxınlaşaraq rəqsi dayandıraraq kənara çıxmasını tələb edib.
Rafael Elçinə “Göy dondakı qız” mahnısını da sifariş edib rəqs etdikdən sonra çıxacağını bildirib. Bu zaman Elçin Rəfaelə “göy dondakına da, sənə də söyərəm”-deməsini eşitdiyi və arvadı Gülər İbrahimovaya qaş-göz etməsini zənn etdiyi üçün rəqsi yarımçıq kəsib. Elçinlə birlikdə kafenin arxa tərəfinə keçib. Orada Elçinin
sifətinə kəllə vuraraq ona xəsarət yetirib.
Lakin kənar şəxslərin müdaxiləsindən sonra aralanıb və Göygöl rayonunun Yeni Qızılca kəndindəki evinə gedib. Həmin gün axşam saat 22.00 radələrində Elçin Rafaelin mobil telefonuna zəng edərək aralarında yaranmış narazılığa aydınlıq gətirib, son qoymaq üçün onu kəndin ərazisində yerləşən “Rafailin gəc yandırdığı yer” kimi tanınan sahəyə çağırıb.
Elçinin bu çağırışı ona pis təsir edib. Onu öldürmək məqsədi ilə evdən çıxarkən özü ilə bıçaq götürüb.
Rafael deyilən yerə çatanda onu gözləyən Elçinin üzərinə gedərək əlindəki bıçaqla onun müxtəlif nahiyələrinə vurub. Elçinin çığırtısına gələn İlqar Alıyev bıçağı Rafailin əlindən alıb və hadisə yerinə gəlmiş digər şəxslərin köməyi ilə Elçini xəstəxanaya çatdırıb, vaxtında tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə Rafael Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib… Elçinin cəzası isə hələik 4 bıçaq yarasıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185