Muəllif:

Torpaq Komitəsinin əməkdaşları korrupsiyada ittiham olunublar

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevin və şöbənin baş məsləhətçisi Yusif Dadaşovun barəsində istintaq başa çatıb. Onlar qabaqcadan əlbir olub rayon sakinindən 10 min manat almaqda ittiham olunurlar. Cinayət işi baxılmaq üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Onlara qarşı CM 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110