Muəllif:

Toğrul Nərimanbəyova həsr olunan sərgi açılacaq

İyulun 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş «Toğrulu xatırlayaraq» adlı sərgi keçiriləcək. Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdiriləcək.

Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub. İlk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb (1945), daha sonra Litva İncəsənət İnstitutunda (1950) davam etdirib. Rəssamlıqla yanaşı Vilnüs Konservatoriyasında klassik vokal sənətinə də yiyələnib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.

Toğrul Nərimanbəyovun Bakı, Moskva, Praqa, Belqrad, Vilnüs, Volqoqrad, Havana, Ştutqart, Sofiya, Paris, Lvov və s. şəhərlərdə fərdi yaradıcılıq sərgiləri keçirilib.

1964-cü ildə Azərbaycanın Əməkdar Rəssamı, 1989-cu ildə isə SSRİ xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam müstəqil Azərbaycanın «İstiqlal» və «Şərəf» ordenləri ilə təltif olunub.

Toğrul Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, iyulun 3-də Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135