Muəllif:

Toğrul Nərimanbəyov ana vətənində torpağa tapşırıldı

Şöhrətli rəssam Toğrul Nərimanbəyov bu gün ana vətəni Fransada — Parisin mərkəzi məzarlığı hesab olunan Passi qəbiristanlığında torpağa tapşırıldı. Anası fransız qızı idi, atası Azərbaycan türkü. İki xalq arasında dostluq körpüsq salan işıqlı bir insan idi. O torpaqda əbədi yatmasını istəmişdi və istəyinə əməl olundu.

Dəfn mərasimində mərhumun ailə fərdləri, Azərbaycanın Fransa səfirliyi, Azərbaycanlıların diaspor təşkilatı və azərbaycanlı tələbələr iştirak ediblər. Azərbaycan hökuməti və xalqı adından mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mərhumun ailə fərdlərinə başsağlığı veriblər. Mərhumun məzarı üzərinə Azərbaycan prezidenti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Fransa səfirliyi və Azərbaycan Rəssamlar İttifaqı adından əklillər qoyulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179