Muəllif:

Toğrul çox böyük bir rəssam idi və illər keçdikcə böyüyəcək

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Toğrul Nərimanbəyovun dəfnindən sonra bu böyük insan haqda fikirlərini bölüşüb:

“Toğrul çox böyük, məşhur bir rəssam idi və illər keçdikcə daha da böyüyəcək. Amma Toğrul Nərimanbəyov həm də teatrda işləyəndə də özünün istedadını göstərmişdi, çox gözəl səsi var idi, əsl xanəndə kimi oxuyurdu, klassik mahnılar oxuyurdu. Toğrul doğurdan da həyatı o qədər sevirdi ki, sağlığında biz onun adını akademik qoymuşduq. O, dostluq, bir yerdə xoş vaxtların keçirilməsi, həyat üzrə bir alim idi. Ona görə də bu gün mənim üçün Toğrulla vidalaşmaq çox çətindir. Ona yaraşmır həyatdan getmək, amma həyat hamımız üçün eyni qurulub və hamımız gedəcəyik. Toğrul çox böyük və gözəl bir həyat yaşamışdı və həyatından sonra da yaşayacaq. Onun əsərləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrinin muzeylərində, şəxsi kolleksiyalarda var və Toğrul həmişə öz istedadını insanlara bağışlayacaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176