TN müəllimlərin attestasiyasına getməkdən çəkinir
Nəücbk sferasında vəziyyətin bərbad olmasına rəğmən, Mikayıl Cababrov da müəllimlərin attestasiyasına getməkdən çəkinir. Nazirin son açıqlamasının sətiraltı mənalarından bunu
anlamaq çətin deyildir. Üflbuki attestasiya vəziyyəti xeyli sağlamlaşdıra bilərdi. Lakin hər şey biz düşündüyümüz qədər asan deyilmiş.
“Hər bir təhsil sisteminin gücü o sistemdə çalışan müəllimlərin səviyyəsindən yuxarı ola bilməz. Bu bir aksiomadır və bunu nəzərə alaraq qəbul etməliyik ki, müəllimlərin təkmilləşdirilməsi, biliklərinin artırılması hər zaman bizim diqqət mərkəzimizdə olmalıdır və olacaq. Attestasiya məsələsinə gəldikdə isə bu proses yalnız attestasiya xətrinə keçirilməməlidir”. APA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib.
Nazir bildirib ki, müəllimlərin attestasiyası məsələsinə təhsilin keyfiyyəti prizmasından baxmaq istəyirlər. Nazirin sözlərinə görə, bu nöqteyi-nəzərdən müəllimlərin bilik səviyyələrinin müəyyənləşdirilməsi mühümdür: “Sirr deyil ki, hazırda təhsilin keyfiyyəti bizi tam qane edən səviyyədə deyil. Bunu bir sıra amillər — həm məzunların göstəriciləri, həm bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlar, həm ali təhsilli mütəxəssislərin peşəkar səviyyəsində istədiyimiz standartlardan olan fərqlər və digərləri göstərdi. Bu prizmadan biz müxtəlif yollara, üsullara baxırıq. Bütün bunların mərkəzində təhsilin keyfiyyətinin artırılması və bu məqsədlə müəllimlərin sertifikasiya, ixtisasartırma kurslarının təşkili, onların daimi hazırlıq təşəbbüslərinin həyata keçirilməsi kimi məsələlər nəzərdən keçriilir”.
M. Cabbarov qeyd edib ki, hər bir halda bu təşəbbüslər ani deyil, düşünülmüş və müəyyən müddət ərzində həyata keçiriləcək. Onun fikrincə, burada məqsəd təhsil sistemini hər hansı şoklardan qorumaqdır: “Müəllim ordusu bir tərəfdən say baxımından çoxdur, digər tərəfdən mühüm təhsil və tədris funksiyasını yerinə yetirir. Təbii olaraq biz bu məsələyə kor-koranə yanaşa bilmərik. Burada elmə əsaslandırılmış bir yanaşma təmin olunacaq”.

