Muəllif: Redaksiya
МTN keçmiş nazir Nicat Quliyevi özü ilə apardı
Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub.
Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub. Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları onun bağ evindən müəyyən sayda silah-sursat da aşkarlayıblar.
Bəlli olduğu kimi, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O vaxt ona qarşı «dövlət çevrilişinə cəhddə iştirak etmək» maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi. Lakin arada nə məsələ varsa, bu dəfə yenidən qandallanır…
Bölüm: Siyasət
Oxunma sayı: 294