Muəllif:

Tıxacla mübarizə üçün dövlət və özəl sektorun iş saatları dəyişdirilməlidir

Hazırda ən çox müzakirə olunan və əslində ən çox rastlaşdığımız problemlərdən biri tixaclardır. Hər gün saatlarla zamanımız tıxacda itir. Hələlik Azərbaycanda insan həyatının hansı hissəsinin tixaclarda itməsi ilə bağlı statistika hesablanmasa da Meksikalı ömürünün 6, Venesualı isə hətta 9 ilini tixaclarda keçirir. Yəqin ki, azərbaycanlı üçün də bu kifayət qədər ciddi rəqəmlə ifadə olunur.
Iqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycanda tixacların yaranmasının özünün bəlli səbəbləri var:”Əslində ölkədə olan avtomobillərin sayının 1.2 milyon olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bu da hətta inkişaf etməkdə olan ölkələrin standartlarından belə aşağıdır. Məsələn, ABŞ-da orta hesabla 1 nəfərə 1, Avropa ölkələrində hər 3 nəfərə 2 avtomobil düşür. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaşamsı üçün əsas deyil”.
O deyir ki, problemin digər tərəfi var: məsələ ondan ibarətdir ki, Azərbaycanda mövcud avtomobillərin təxminən 60%-i Bakının payına düşür. Qalan 40% avtomobilin 10-15%-i isə gün ərzində paytaxta daxil olub çıxır. Yəni, paytaxt gün ərzində mövcud avtomobil parkının təxminən 70%-i ilə yüklənir. Ölkə üzrə adambaşına düşən avtomobillərin sayı ölkədə avtomobillərin sayının çox olduğunu demir. Amma paytaxtda adambaşına düşən avtomobil sayı inkişaf etməkdə olan ölkələrin göstəricilərindən çoxdur. Paytaxtda gün ərzində 800 min avtomobil olur. Bakı əhalisinin sayını nəzərə alsaq, paytaxtda 3 nəfərə 1 avtomobil düşür. Bu da Bakıda tıxacın yaranmasına səbəb olur. Tıxacların böyük hissəsi paytaxta daxil olan yollardan başlayır.
“Razılaşmaq lazımdir ki, son illər infrastrukturun inkişafı tıxac problemini müəyyən qədər həll edib. Təsəvvür edin ki, əvvəlki yollar və infrastruktur saxlansaydı o zaman Bakıda vəziyyət necə olardi”, deyə Bayramov vurğuladı.
Amma problem hələ də qalmaqdadır. Özü də ciddi şəkildə. O baxımdan tixac probleminin yumşaldılması üçün yalnız ənənəvi deyil eyni zamanda qeyri-ənənəvi metodlardan istifadə etməyə ehtiyac var.
İqtisadçı deyir ki, belə metodlardan biri dövlət və özəl sektorlar üzrə işə başlama saatlarının fərqli olmasıdır. Daha məqsədəuyğundur ki, dövlət sektoru üçün işə başlama vaxtı səhər 8:00, özəl sektor üçün isə 9:00 olsun. Ali məktəblərdə dərslər saat 8:00, orta məktəblərdə isə 8:30-da başlaya bilər. Bu metod tıxacla mübarizədə ən azı infrastruktrunun inkişafi qədər daha təsirli olacaq. Bu zaman artıq şəhərdə işçilərin nəqliyyat hərəkəti zamanlar üzrə paylaşdırılacaq və bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək.
“Digər üsul, paytaxtda yerləşən ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıdan kənara köçürülməsidir. Texniki hətta iqtisadi yönümlü universitetlərin Bakıda yerləşməsinin heç bir əsaslandlrılması yoxdur. Birləşmiş Ştatlarda top 20-e daxil olan universitetlərin 90 faizi kiçik şəhərlərdə yerləşir. Bu eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər”.
V.Bayramov hesab edir ki, dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi vacibdir. Dünyanın heç bir normal ölkəsində Kənd Təsərrüfatı Nazirliyi (KTN) paytaxt şəhərdə yerləşmir:”Azərbaycanda KTN Bakının mərkəzindədir. Halbuki onun kənd rayonlarının birində yerləşməsi çox vacibdir. Və ya regionda suvarma işlərinə məsul olan Melerasiya və Su Təsərrüfati ASC-nin Bakıda yerləşməsinin iqtisadi əsasları yoxdur. Hətta digər bir sıra dövlət qurumlarının da rayonlara köçürülməsi labüddür”.
Bütövlükdə, tixac problem sadəcə texniki məsələ olmadığı üçün onun həlli eyni zamanda texniki olmayan metodların tətbiqini tələb edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 201