Muəllif:

Tibb müəssisəsi barədə KİV məlumat yaysa…

Əgər bir tibb müəssisəsi barədə KİV məlumat yaysa, onlarda yoxlama aparılacaq. Prezidentin təzəikcə qüvvəyə mindirdiyi “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmaninda belə bir hal nəzərdə tutulur. Göstərilir ki, tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarət təmin edilməlidir. Bundan başqa, tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparılsın.
Nazirlər Kabinetinə iki ay müddəti verilib ki, pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri prezident ilə razılaşdırmaqla müəyyən edilsin, dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflər prezidentə təqdim edilsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121