Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Qran-pri turnirinə yollanıb
Sabah şahmat üzrə Qran-pri çərçivəsində 3-cü turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun iştirak etdiyi yarışın bu gün açılış mərasimi və təqvimi müəyyənləşəcək.
İsveçrənin Zuq şəhərində keçirilən turnirdə soydaşlarımızın rəqibi Sergey Karyakin (2786), Aleksandr Morozoviç (2758, hər ikisi Rusiya) Fabiano Karuana (2772, İtaliya), Veselin Topalov (2771, Bolqarıstan), Hikaru Nakamura (2767), Qata Kamski (2741, hər ikisi ABŞ), Peter Leko (2744, Macarıstan), Ruslan Ponomaryov (2733, Ukrayna), Aniş Qiri (2727, Hollandiya) və Rüstəm Qasımcanov (2709, Özbəkistan) olacaq. 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatır.
İddiaçıların turnirində uğursuz çıxış edən Rəcəbov turnirin reytinq-favoritidir.