Muəllif:

Teymur Rəcəbov heç-heçə edib və nəticədən razıdır

Teymur Rəcəbov bu dəfə heç-heçə edib və nəticədən razıdır.
“Ağ fiqurlarla göstərdiyim nəticələri nəzərə alsaq, bu heç-heçəni müsbət qiymətləndirmək olar”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib.

Londonda keçirilən iddiaçılar turnirinin X turunda Pyotr Svidlerlə oyununu şərh edən Rəcəbov bildirib ki, xalları yarı bölməsinə baxmayaraq, heç-heçə etməsindən razı qalıb: “Mən elə oğul deyiləm ki, bura bütün oyunları uduzmağa gəlim. Düşündüm ki, əgər Pyotr qələbəyə oynayacaqsa, mən də bunun üçün mübarizə aparacağam. Çünki başqa variantım yox idi. Həyatımda heç-heçələrdən çox narazı qaldığım dövrlər də olub. Amma indi düşünürəm ki, bəzən xalları yarı bölmək yaxşı nəticədir”.

Rəcəbov 10 turdan sonra 3,5 xalla İvançukla 9-10-cü yerləri bölür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154