Muəllif:

“Texnikabank”da əmanəti batanlar prezidentə müraciət etdilər

“Texnikabank” Bakı filialında əmanətləri batan bir qrup əmanətçi prezident İlham Əliyevə yenidən müraciət ediblər. Bu müraciətin surəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova, Ədliyyə naziri, Məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə və mətbuata göndərilib.
Zərərçəkmişlərin müraciətində deyilir: “Cənab prezident tam əminliklə bəyan edirik ki, hüquq-mühafizə və məhkəmə orqanlarının məsul şəxsləri, dövlət hakimiyyətinin yüksək pillələrindən oturan müəyyən vəzifəli və səlahiyyətli şəxslər heç bir məntiqə siğmayan sifarişlə, ən əsası da Azərbaycan qanunlarını tapdaq altına alaraq hüquqlarımızı pozmaqla seçki ərəfəsində bizi narazı qoyublar. Həmin şəxslər bizi və bizim kimiləri sizə və dövlətimizə qarşı kökləməyə çağırırlar. Pul məişət problemlərin həllinə xidmət etmiş olsa da, mənəviyyatımızı heç bir şeyə dəyişmək niyyətində deyilik. Lakin pozulmuş hüquqlarımız bərpa olunana qədər məqsədimizdən geriyə çəkilmək fikrimiz yoxdur. Dəfələrlə bütün adiyatı orqanlara müraciət edərək pozulmuş hüquqlarımızın bərpa olunması xahişi ilə çıxış etsək də, fəryadımız heç bir kəs tərəfindən eşidilmir”.
Zərərçəkmişlər şikayətlərində qeyd ediblər ki, bütün dünya, o cümlədən Azərbaycan bank sisteminə xas olan ənənəvi qaydalara əsasən əmanətə pul qoyaraq müəyyən faiz alan sıravi vətəndaş öz maliyyə problemini həll etmək imkanına malikdir: “Həmin hüquqlardan istifadə etməklə öz halal pullarımızı “Texnikabank”ın Bakı filialında açılmış xüsusi depozit hesabına pul qoymaqla mənfəət əldə etmək istəmişik. Üç il müddət ərzində qoyduğumuz əmanətlə bağlı heç bir problemimiz olmadığına baxmayaraq 2008-ci ildə həmin bank rəhbərliyi tərəfindən cinayət hadisəsinin baş verməsi aşkar olunduqdan sonra süni yaradılmış problemlərlə üzləşmişik. Bankın mənafeyini müdafiə etmək istəyən vəzifəli şəxslər istintaq və məhkəmələr vasitəsilə qanunla mümkün olmayan mexanizm uydurmaqla bankı müqavilə öhtəliklərini yerinə yetirilməsi vəzifəsindən azad etməyə başlayıblar. Bu gün də davam edən qanunsuzluğun əsas məqsədi əmanəti cinayət törədən şəxslərdən tutularaq qaytarılması üçün cəhdlər edilir. Yəni bank daxilində işçiləri tərəfindən törədilmiş cinayət nəticəsində əmələ gəlmiş zəruri hüquqi şəxs olan “Texnikabank” ödəməlidir. Sadə həlli olan bu məsələ 5 ildir ki, həllini heç bir əsas olmadan tapmır”.
Zərərçəkmişlər onu da əlavə ediblər ki, “Texnikabank”ın keçmiş və indiki rəhbərliyi əmanətçilər qarşısında bank öhdəliyinin yerinə yetirilməsinə müxtəlif əsası olmayan bəhanələrlə imkan vermirlər: “Hadisələr göstərir ki, məhkəmələr bankın mənafeyini qanunlardan üstün tutur. Məhkəmələrə hal-hazırda da ciddi təsir göstərilir. Azərbaycan məhkəmələrinə ümidimiz artıq tükənib. Eyni zamanda problem də həllini tapmır. Ali Məhkəmə qanunsuz məhkəmə aktlarını Avropa Məhkəməsinə müraciət olunmaması üçün bilərkdən təsdiq etmir. İş Ali Məhkəmə ilə Bakı Apelyasiya Məhkəməsinin arasında don durulub”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 413