Muəllif:

Texnikabankla bağlı qalmaqallı məhkəmə başladı

Texnikabank İH sabiq sədri Samir Hüseynov, Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, İH sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müadiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli, bankın digər əməkdaşları – Azər Cəfərli, Anar Həmzəyev, Şərqiyyə Allahverdiyeva, Elmar İsmayılov, Aynur Şərifova, Sürayə Əluizadə, Rəşad Mirzəyev, Səyavuş Yolçuyev, Rafət Əhmədov, Ramin Əlizadə, Samir Ağamalıyev, Əfqan Hüseynzadə, Elnur Nəsibov, Polad Talıbov, Namiq Xəlilov, Taib Məmmədov, Vasif Cahangirov və Nicat Hacıyevin cinayəty işi üzrə məhkəmə başladı.
Bu şəxslər CM 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.
Onlardan Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. Elnur Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsində dünən təyin edilmiş cinayət işi üzrə məhkəmənin hazırlıq iclasına bir çox ictimayyət nümayənədləri və təqsirli bilinənlərin yaxınları gəlmişdilər. Zalda olanlar arasında təqsirləndirilən Elnur Seydiovun anası da var idi.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Elnur Seydiovun vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış etdi. O, ilk vəsatəti müvəkkilinin barəsində olan həbs qətimkan tədbiri ilə bağlı idi. Vəkil bildirdi ki, Elnur Seydidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu ilin martın 6-da başa çatıb. Vəkilin sözlərinə görə, müvəkkili həmin gündən məhkəmə qərarı olmadan həbsdə saxlanılır:
“Məhkəmə qərarı olmadan vətəndaşın həbsdə saxlanılması qanunsuzdur. Cinayət işinin məhkəməyə göndərilməsi də bu qanunsuzluğu aradan qaldırmır. Bu məsələ bu gün məhkəmədə həll edilməlidir. Məhkəmə Elnur Seyidovun barəsində məhkəmə qərarı olmadan həbsdə saxlanılması məsələsinə qiymət verməlidir, həmçinin də onun həbsdə saxlanılmasına yol verən MTN əməkdaşları cəzalandırılması üçün tədbir görülməsini xahiş edirik”.
Vəkil daha sonra Elnur Seyidov barəsində olan cinayət işinə xitam verilməsi barədə də vəsatət qaldırdı. Vəkil bildirdi ki, müvəkkilinə CM 178.2.3-cü özgə əmlakını külli miqdarda talam ittihamı düzgün verilməyib. Onun sözlərinə görə, cinayət işində bankın Yasamal filialı üzrə 925 manat ziyan var. Vəkil bunu əsas tutaraq həmin maddə üzrə ittihamı əsassız hesab etdi. Bildirdi ki, yaxşı halda Elnur Seyidova CM 320-ci (rəsmi sənədləri saxtlaşdırma) maddəsi üzrə ittiham verilə bilərdi. Elnur Seyidovun dövründə götürülmüş 148 min kredit isə vaxtından əvvəl qaytarılıb. Vəkil qeyd olunanları əsas gətirərək cinayət işinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Elnur Seyidovun digər vəkili Fəxrəddin Mehtiyev bildirdi ki, müvəkkili serroz xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, Elnur Seyidov bu xəstəliklə bağlı dəfələrlə müalicə edilib. Vəkilin bildirdiyinə görə, serroz xəstəliyindən əziyyət çəkənlərin azadlıqdan məhrum edilməsinə qanun yol vermir. Vəkil əlavə etdi ki, istintaq dövründə Elnur Seyidovun xəstəliyi ilə bağlı 16 məhkəmə iclası keçirilib. Vəkil əlavə etdi ki, Elnur Seyidovun xəstə olmasına baxmayaraq, istintaq orqanı onun həbsdən azad edilməsini məqsədəuyğun hesab etməyib. Vəkil məhkəmə kollegiyasından müvəkkilinin xəstə olmasını nəzərə alınmasını və məhkəmə zalından azadlığa buraxılmasını xahiş etdi.
Daha sonra təqsirləndirilən Azər Cəfərlinin vəkili Əkbər Bağırov müvəkkilinin barəsində olan cinayət tərkibinə xitam verilməsi ilə bağlı vəsatət verdi. Vəkil əlavə etdi ki, Azər Cəfərlinin əməlində cinayət tərkibi yoxdur. O, bildirdi ki, Azər Cəfərli qanunsuz olaraq həbsdə saxlanılır. Anar Həmzəyevin vəkili Vasif Həsənov və Rəşad Musayevin vəkili Elvin Ələkbərov və Rafət əhmədovun vəkili Şaiq Hüseynov cinayət işinə xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
Təqsirləndirilən Polad Talıbovun vəkili Hüseyn Həsənov bildirdi ki, cinayət işində təqsirləndirilən şəxslərin arasında ayrı-seçkiliyə yol verilib. Onun sözlərinə görə, cinayət işində 25 nəfər təqsirləndirilən şəxsdən 6 nəfər həbsdə saxlanılır. Cinayət işi üzrə 19 nəfərin azadlıqda olmasını alqışladığını deyən vəkil öz müvəkkilinin də azadlığa buraxılmasını və azadlıqda ola-ola öz hüquqlarını müdafiə etməsini istədi: “Polad Talıbovun məhkəmədən yayınması mümkün deyil. Istintaq orqanı onun cinayət işi üzrə məhkəmədən yayınmasını əsas gətirərək həbs edib. Bu əsassızdır. Onu da əlavə edib ki, təqsirləndirilən 25 nəfərin arasındfa ən gənci Polad Talıbovdur. Əgər cinayət baş veribsə, həmin vaxt onun 25 yaşı olub. Gəncin həbsdə saxlanılması düzgün deyil. Onun həbs olmadan mühakimə edilməsi daha məqsədə uyğundur”.
Sonra təqsirləndirilən Nicat Hüseynovun vəkili Samir İsayev bəzi faktları cinayət işinə əlavə edilməsi barədə vəsatət qaldırdı. Cinayət işində olan digər vəkillər isə növbəti məhkəmə iclasında vəsatətlə çıxış edəcəklərini bildirdilər. Buna görə də hakim məhkəmənin hazırlıq iclasının davamını martın 27-dək təxirə saldı

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 473