Muəllif: Redaksiya
Terrora cəhd və casusluqda ittiham olunan İran vətəndaşının məhkəmə istintaqı başa çatıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə istintaqının başa çatdığı elan olunub. Proses sentyabrın 27-də davam etdiriləcək. O gün dövlət ittihamçısı təqsirləndirilən şəxsə iş istəyəcək.
Bəhrəm Həsən oğlu Feyzi CM 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.
Bölüm: Güney
Oxunma sayı: 158

