Muəllif:

Təlimçilər Xaçmaz polisini “narahat” ediblər

Bu gun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Xaçmazda olan təlimçiləri polislərin basqılarına məruz qalıblar. Təlimçilər yerləşdikləri otelden zorla çixardılıblar. Xaçmazda təzyiqə məruz qalan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) əməkdaşı Cavid Nəbiyevin vəziyyəti Xaçmaz polis idarəsində pisləşib. Bu barədə Turan-a Nəbiyev özü məlumat verib. Onun sözlərinə görə, vəziyyətinin pis olmasına baxmayaraq, idarəyə təcili tibbi yardm çağırılmayıb. Belə ki, Cavid Nəbiyev polis tərəfindən fiziki təzyiqə məruz qalıb. İdarədə saxlanılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Günay İsmayılova polis idarəsində izahat verir

Turan-a istinadən, fevralın 12-də səhər saatlarında Xaçmazda (Bakıdan 180 km şimalda) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) fəalları Cavid Nəbiyev və Günay İsmayılova saxlanılıb. Onlar Xaçmaz polisinə aparılıb. İsmayılovanın Turan-a verdiyi məlumata görə, onların saxlanılması SMDT-nin “Sahil” otelində keçirdiyi treninq olub.
Polisin təzyiqi ilə otel sahibi tədbir üçün yer ayırmaqdan imtina edib. Təşkilatçılar tədbiri Amerikanın İREX təşkilatının ofisində keçirməyə çalışdıqda isə polis oraya gələrək, iştirakçıları qovub.

İsmayılova layihədə trener kimi iştirak edirdi və polis ona polisə tabe olmamaqda və başqasına aid yerə zorla giməkdə ittiham olunduqlarını bildirib. Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, polis “şahidlərin”, o cümlədən İREX-in icarəyə götürdüyü ofis sahibinin ifadələrini saxtalaşdırır.

Fəallara bildiriblər ki, onlar Xaçmaz polis rəisi ilə görüşənə qədər saxlanılacaqlar. Rəis onlara hansı pozuntulara yol verdiklərini izah edəcək.

Az sonra DİN Xaçmazda baş verən hadisə ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, bu gün Xaçmaz şəhərində yerləşən «Sahil» mehmanxanasında Bakıdan gələn bir neçə şəxs nəinki rayonun müvafiq icra strukturlarını xəbərdar etmədən, heç otel rəhbərliyinin xəbəri və razılığı olmadan adı çəkilən obyektin bufetində hansısa təlim keçirməyə cəhd ediblər:

“Mehmanxananın sahibi onunla razılaşdırılmayan hər hansı tədbirin, yaxud treninqin üstəlik bufetdə keçirilməsinin mümkünsüzlüyünü Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşları olduqlarını iddia edən şəxslərə bildirsə də, sonuncular tədbirlərini keçirməkdə israrlı olublar. Bu zaman otelin Sahib adlı müdiri polisə müraciət edib. Həmin müraciət əsasında hadisə yerinə Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşlarının qəti xəbərdarlığından sonra qonaqlar oteli tərk edərək, bu dəfə təlimlərini qonşuluqdakı xarici dillərin öyrədilməsi mərkəzinin yerləşdiyi ofisdə tədbir keçirmək istəyiblər”.

Məlumata görə, sözügedən ofisin sahibi də tədbir öncədən razılaşdırılmadığı üçün bundan imtina edib. Lakin Bakıdan gələnlər mərkəzi tərk etmək istəməyəndə ofisin sahibi də polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları ilə baş tutmayan təlimin iştirakçıları arasında mübahisə yaranıb. Onlar polisin qanuni tələblərinə nəinki tabe olmayıb, əksinə Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Amil Tahirliyə xəsarət yetiriblər. İnsidentin fəal iştirakçılarından olan Cavid Nəbiyev və Günay İsmayılova saxlanılaraq polis şöbəsinə gətirilib: “Belə görünür ki, təlim keçirmək adı ilə gələnlər polisi təxribata çəkmək, məsələ ətrafında yersiz hay-küy qaldırmaqla guya onlar tərəfindən təzyiqlərə məruz qaldıqları barədə yanlış rəy yaratmaq məqsədi güdüblər. Lakin asayiş keşikçiləri səbr və təmkin nümayiş etdiriblər”.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsi olaraq toplanmış materiallar fakta hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndəriləcək.

SMDT-nın icraçı direktoru Bəşir Süleymanlının APA-ya verdiyi məlumata görə, SMDT Xaçmaz rayonunda bu gündən 2 günlük təlimə başlayıb. Bu gün səhər təlimin keçirildiyi “Sahil” otelində Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları müdaxilə edib. Nəticədə SMDT üzvlərinin kompüterləri və sənədləri götürülüb, təlimçilər Cavid Nəbiyev və Günay İsmayılova polis şöbəsinə aparılıb.

Xaçmaz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün səhər “ Araz” otelinə həmin otelin sahibinin müraciəti əsasında gediblər. Müraciətdə SMDT üzvlərinin həmin oteldə otel sahibinin icazəsi olmadan tədbir keçirdikləri bildirilib. Polis müdaxiləsi nəticəsində müqavimət göstərən tədbir iştirakçıları şöbəyə gətiriliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 224