Televiziya jurnalisti Nina Yarova vəfat edib
Azərbaycanın bir vaxt tanınmış televiziya jurnalisti olmuş Nina Yarova vəfat edib. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından bildirilir ki, bu Assosiasiyasının İdarə Heyəti üzvü, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoyan dövlət mükafatı laureatı Nina Yarova İsrailin Beer-Şeva şəhərində vəfat edib.
1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan Müslüm Moqamayev haqqında ilk sənədli film çəkilib.
Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Nina Yarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.