Muəllif:

Tehranda Azərbaycan güləşçiləri 7-ci oldular

Fevralın 19-20-də Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku
yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri də iştirak ediblər.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə «B» yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan komandaları isə «A» yarımqrupunda mübarizə aparıblar.
Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirib. Görüş güləşçilərimiz üçün uğurlu alınmayıb — 3:4. Daha sonra İran yığması ilə qarşılaşan komandamız bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib — 2:5. Komandamız yarımqrupda üçüncü görüşü Macarıstana qarşı keçirib və 7:0 hesabı ilə tam üstünlüklə qələbə qazanıb. Yarımqrupda sonuncu görüşünü Qazaxıstan yığmasına qarşı keçirən komandamız 2:5 hesabı ilə məğlub olub və qrupda 4-cü yerdə qərarlaşıb. Bununla da komandamız «A» yarımqrupunun dördüncüsü olan Belarus yığması ilə 7-ci yer uğrunda görüşə çıxıb. 6:1 hesablı qələbə ilə komandamız Dünya Kubokunu 7-ci yerdə tamamlayıb.
Finalda isə yarımqrupların qalibi olan Rusiya və İran yığmaları qarşılacaq.
7-ci yer uğrunda
Belarus — Azərbaycan 1:6
55 kq — Elbek Tajiyev — Eldəniz Əzizli (0:1, 0:2)
60 kq — Maksim Kazarski — Taleh Məmmədov (0:1, 1:0, 0:1)
66 kq — Mixail Semyonov — Rəsul Çunayev (2:0, 0:4, 0:2)
74 kq — Aleksandr Dzemyanoviç — Niyaməddin İbrahimov (2:0, 1:3, 3:0)
84 kq — Aleksandr Kikinyov — Rafiq Hüseynov (0:1, 1:0, 0:1)
96 kq — Sergey Staradub — Şalva Qadabadze (1:2, 0:2)
120 kq — Kiril Xrişçanka — Radomir Petkoviç (0:1, 0:2)
«B» yarımqrupu
Azərbaycan — Türkiyə 3-4
55 kq — Eldəniz Əzizli — Fatih Üçüncü (3:0, 1:0)
60 kq — Taleh Məmmədov — Mevlut Arık (5:0, 1:0)
66 kq — Rəsul Çunayev — Yüksel Atakan (0:3, 0:1)
74 kq — Şamil Ertuqanov — Şeref Tüfeng (0:1, 0:4)
84 kq — Rafiq Hüseynov — Selçuk Cebi (0:1, 0:1)
96 kq — Şalva Qadabadze — Cenk İldem (1:0, 1:0)
120 kq — Radomir Petkoviç — Rza Kayaalp (0:1, 0:2)
Azərbaycan — İran 2:5
55 kq — Eldəniz Əzizli — Möhsün Hüseyn Hacı Pur (2:0, 0:2, 1:3)
60 kq — Sakit Cəlilov — Əbdülməhəmməd Papi (1:3, 0:1)
66 kq — Rəsul Çunayev — Əli İsmayıl Məhəmmədi (2:0, 0:2, 1:0)
74 kq — Niyaməddin İbrahimov — Fərşad Əlizadə Kalehkeşi (0:1, 0:4)
84 kq — Rafiq Hüseynov — Talib Nəriman Nemətpur (0:1, 1:0, 0:1)
96 kq — Şalva Qadabadze — Mehdi Əliyari (0:1, 1:0, 1:0)
120 kq — Radomir Petkoviç — Bəşir Əsgəri Babacanzadə Dərzi (0:1, 0:1)
Macarıstan — Azərbaycan 0-7
55 kq — Güləşçi çıxmayıb — Eldəniz Əzizli (0:5)
60 kq — Mate Krasznai — Taleh Məmmədov (1:0, 7:0)
66 kq — Kriştian Jager — Rəsul Çunayev (0:1, 1:6)
74 kq — Balint Korpasi — Şamil Ertuqanov (0:1, 0:1)
84 kq — Viktor Lorincz — Rafiq Hüseynov (0:5, tuşe)
96 kq — Giorgi Rizmajer — Saman Təhmasibi (1:0, 0:2, 0:3)
120 kq — Balint Lam — Radomir Petkoviç (2:0, 0:2, 0:4)
Qazaxıstan — Azərbaycan 5-2
55 kq — Janserik Şrsenbiyev — Eldəniz Əzizli (2:5, 0:7)
60 kq — Almat Kebispayev — Taleh Məmmədov (7:1, 6:0)
66 kq — Yerbol Koniratov — Rəsul Çunayev (0:6, 1:0, 2:0)
74 kq — Dosjan Kartikov — Şamil Ertuqanov (1:0, 0:1, 0:2)
84 kq — Alxazur Ozdiyev — Rafiq Hüseynov (4:0, 1:0)
96 kq — Yerulan İskakov — Saman Təhmasibi (5:0, 0:2, 2:0)
120 kq — Murmaxan Tinaliyev — Radomir Petkoviç (2:0, 1:0)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187