Təhlükəli miqrasiya
Azərbaycan müharibəyə cəlb olunan dövlətlər sırasındadır. Bilavasitə Rusiyanın hərbi-siyasi mərkəzlərində, xüsusi orqanlarında hazırlanmış mexanizm işə düşdü. Erməni terroru kütləvi aksiyalara qoşuldu. «Böyük Ermənistan» ideyasının illərdən bəri vurulmuş düyünləri açıldı. Çünki düyünləri vuran da rus siyasətçiləri idi, onu açanlar da. Əslində «Böyük Ermənistan» ideyasını yaradan da, onu ilkin olaraq maliyyələşdirən də elə Kreml olub. İran İslam Respublikasının erməni icmasının başçısı Vartan Vartanyan «Erməni psixologiyası» adlı siyasi düşüncələrində yazır: «…Bizim başqa millətlərdən fərqimiz çox da olsa, elə məsələlər var ki, onların kütləviliyini genişləndirmək və yerlərdə təşkil etmək üçün dostlara ehtiyacımız duyulur. İlk dəfə olaraq «Böyük Ermənistan» ideyasını ortaya atan, onun reallaşmasının mümkünlüyünü hesab edən Böyük Tiqranın yanında at ilxısına baxan rus Daniil… olub. O, Müqəddəs Tiqrana deyib: «Gözəl atlarınız var. Siz bu atlarla bütöv və Böyük Ermənistanı fəth edə bilərsiniz… Və yaxud hələ 300 il bundan qabaq ermənilər I Pyotrdan xahiş edirlər ki, yadelli işğalçılara qarşı vuruşanda onlardan da istifadə olunsun…»
İngilislər regiona daha geniş aspektdə yanaşdılar. XVIII əsrdə dirildib, öldürdükləri, Əbdül Vəhab Məhəmmədin əynindən iman və inam paltarını soyunduran özünün Hommerçilər dəstəsini yaratdılar.
«Azərbaycan ərəbləri»nə bir qayda olaraq «vəhabi»ləri dəstəkləyən müsəlman ölkələrinin regiondakı diplomatik korpusları ilə əlaqələr yaratmaq, rezidentləri ilə əlaqələrin qurulmasını təmin etmək tapşırılırdı.
Həştərxan vilayətindəki İmam Əyyubun islamçı korpusunda isə artıq vəhabiliyi qəbul etmiş, tərkibi azərbaycanlılardan ibarət olan 31 nəfərlik radikal dəstə yaradıldı. Bu dəstənin Xəzər dənizindən təqribən 2 km (Qərb hissədə) aralı təlim düşərgəsi də salındı. Və bu düşərgəyə də 146 min. dollar sərf olundu. Araşdırmamıza görə, belə bir təlim düşərgəsinin Azərbaycanın şimal zonasında — Balakən və Zaqatala ilə sərhəd zolaqlarında da reallaşması fakt olaraq qalır. Suriya və Küveyt vəhabilərinin pulu ilə salınmış bu təlim düşərgəsində Azərbaycan dövləti tərəfindən verilmiş 168 nəfərin vətəndaşlıq hüququnu təsdiq edən pasportlarından tonqal quruldu. 168 azərbaycanlı öz pasportunu tonqallara ataraq yandırdı və əvəzində üstündə islam dövlətlərinə məxsus dövlət atributları olan «islamçı dəstə»lərin (vəhabiliyin qəbuluna istifadə olunan) sənədləri təqdim olundu.
Bu arada fransız tədqiqatçı Mark Qabora 2001-ci il iyunun 19-da yazır: «Vəhabi» terminini 1965-ci ildə Kətmənduda eşitdim. Məsciddə bir nəfər təzə gələnlərə işarə edib dedi: — Vəhabilər gəldilər… Əvvəlcə elə bildim ki, bu söz, sadəcə, «etiket» xarakterli bir sözdür. Amma sonradan dərk etdim ki, bu sözün arxasında qanlı, siyasi hərəkatlar dayanır…»
Araşdırmalarımıza görə, Azərbaycanda 198 «ərəb» ailəsi var. Ərəb tədqiqatçı, sosioloji və miqrasiya məsələləri ilə məşğul olan pr.Məhəmməd Faruka görə, Azərbaycanda 874 ərəb ailəsi yaşayır və hər ərəb ailəsində də uşaqların sayı ikidən dördə qədərdir. Bu ailələrin tərkibinə nəzər salaq. 874 ailədən: (dini ayinlərin icrasına və mənəvi-əxlaq qaydalarına görə şiə müsəlmanlarından fəqlənir)
— 162 ailə erməni qadını ilə qurulub (Nəsimi, Xətai, Nizami, Xəzər rayonları ərazisində).
— 213 ailə kürd qadını ilə qurulub (Bakı, Sumqayıt, Naxçıvan ərazisində).
— 138 ailə ləzgi qadını ilə qurulub (Balakən, Zaqatala, Qusar ərazisində).
— 8 ailə isə azərbaycanlı və rus qadını ilə qurulub (Bakı ərazisi).
Bu ailələrdə böyüyən uşaqların yaş həddi belədir:
— Oğlan uşaqlarının yaş həddi (14-18).
— Qız uşaqlarının yaş həddi (12-16).
(Bütün bunlar «Bank İnformasiya» təşkilatının sorğularıdır.) Əlavə olaraq: («AL-Rai al-Att» qəzetinin eyni adlı bülleteni: «İctimai rəy»- Küveyt. «ƏL-Nəhda» nəşriyyatı).
Məlumata görə, bu ailələrdə doğulan uşaqlar bir qayda olaraq, vəhabi məzhəbinə mənsub dini ayinləri icra edirlər. Bakıda və şimal zonasındakı bəzi məscidlərdə ərəb şeyxlərinin emissarları ilə müntəzəm görüşür, Asiya və Afrika ölkələrinin diplomatik korpusları tərəfindən hər ay müəyyən məbləğdə yardım alırlar. Bu ailələrdə böyüyən uşaqlara isə «ərəb qızları ilə ailə qurmaq qadağan olunur. Yetkinlik yaşına çatan oğlan uşaqlarına öz ataları kimi ailə qurmaq, yəni regiondakı etnik qrupdan evlənmək məsləhət bilinir. Qızlara isə, bir qayda olaraq, ancaq azərbaycanlı oğlanlara ərə getmək tapşırılır.
Faktlar göstərir ki, Azərbaycan «ərəbləri» üçün cızılmış bu proqram Mədinə imamı Seyid Cəfər Dagıstaninin «Təlim proqramı»nın tərkib hissəsi olaraq qalır.
Bunu da yaddan çıxarmayaq ki, təqribən 10 ildən sonra, yəni 2013-2023-cü illər arasında Azərbaycanda kifayət qədər savada malik, din-əxlaq qaydalarına yiyələnmiş və Əbdül Vəhabın ideyaları ilə silahlanmış bir güc mərkəzinin olacağına isə heç bir şübhə yoxdur. Bu istiqamətdə isə bizim əlimizdə heç bir strateji konsepsiya yoxdur. «Nədən başlayaq» sualı cavabsız qalır. Gələcəkdə bu şəxslərin mənəvi cəhətdən regiondakı şiə məscidlərini də zəbt edə biləcəklərinə şübhə ilə yanaşmayaq. Hindistan — Pakistan ərazisindəki qarşıdurmanı, dini zəmində baş verən toqquşmaları xatırlayaq. Təqribən 1960-1970-ci illərdə də bu ərazilərdə Azərbaycandakı kimi bir ssenari hazırlanmışdı.
Azərbaycan «ərəblər»inin regiondakı digər fundamentalist təşkilatlarla da yaxından əlaqələr qurmaları haqqında məlumatlarımız var. Məsələn, bir qədər əvvəl hər cümə günü saat 12-14 arası Bakının «Göy məscid» və «Əbu-Bəkr» məscidlərində, eləcə də dini ayinlərin icrası üçün digər yerlərdə ayrı-ayrı fundamentalist təşkilatların üzvləri ərəb fundamentalistlərinin üzvlərilə narkobiznes, neft, bank köçürmələri… qızların alğı-satqısı və xaricə daşınması, viza və gömrük məsələləri… müzakirə edirlərmiş. Məsələn, protestantların «Adəm axını» (əsasən ABŞ), katoliklərin «Müqəddəs nəticələrə gətirib çıxaracaq Piy» və «Mənəvi çoxluq» (İtaliya, İspaniya), pravoslavların «Xristian mübariz təşkilatı» (Rusiya), buddistlərin «Güclülərin dəstəsi» (Hindistan) dini fundamentalist mərkəzlərin üzvlərinin fəallaşması və onların bilavasitə ayrı-ayrı diplomatik korpuslar tərəfindən idarə olunması da təəccüb doğurmaya bilmir.
Azərbaycan «ərəblər»inin bu dini fundamentalist təşkilatların nümayəndələrinə meyil göstərmələri isə başqa mövzunun söhbəti olduğundan toxunmuruq. Amma xatırladırıq ki, bu əlaqələrin qurulmasında və genişlənməsində fiziki terrordan tutmuş mənəvi-psixoloji terrora qədər dəhşətli və faciəli bir yol var.