Muəllif:

Təbrizli tələbəyə 40 şallaq vurulub

Təbriz Azad Universitetinin Sosiologiya fakültəsinin tələbəsi Əmir Çəməni barəsində çıxarılmış 40 şallaq cəzası hökmü icra edilib. Bu azərbaycanlı tələbə İran prezidentini təhqir etməkdə günahlandırılıb. Qərar iyunun 5-də icra edilsə də, xəbər yenicə yayılıb.

Əmir Çəməni 2012-ci il Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Rəhim Həmlbər tərəfindən İranın ali dini liderini təhqir etməkdə (6 ay), hakimiyyətə qarşı təbliğat aparmaqda (3 ay) günahlandırılaraq 9 ay azadlıqdan məhrum edilib. Eyni zamanda azərbaycanlı tələbə İran prezidentini təhqir etməkdə ittiham olunaraq 40 şallaq cəzasına məhkum edilib. Əmir Çəməni 2013-cü il yanvarın 13-də həbs edilərək 9 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına salınıb. Hazırda azərbaycanlı tələbə 5 aydır həbsdədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 113