Muəllif:

Təbrizli rejissorun «Urmiya gəlini» filmi mükafat aldı

Amerikada keçirilən Beynəlxalq Kinofestivalda (17 TH Rhode Island international film festival) İranlı kinematoqrafçı Məhəmməd Ehsaninin çəkdiyi “Urmiya gəlini” sənədli filmi mükafata ( FLICKERS NTERNATIONAL VISION AWARD: Breaking down international cultural barriers through film) layiq görülüb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından Turan-a verilən məlumata görə, film Urmiya gölünün problemlərinə həsr olunub
Əslən Təbrizdən olan rejissor M. Ehsaninin 30 dəqiqəlik poetik sənədli kino formatında çəkilmiş filmi qurumaqda olan Urmiya gölünün xəyali monoloqu üzərində qurulub. Monoloqda Urmiya gölü kömək istəyir, insanların, beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək istəyir. Festival rəhbərliyinin rejissora göndərdiyi məktubda filmin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını xüsusi qeyd edilir.
Müsabiqəyə 65 ölkədən və Amerikanın müxtəlif ştatlarından 200-ə yaxın tammetrajlı, sənədli və qısametrajlı film təqdim edilib.
M.Ehsani Beynəlxalq Dokumentalislər Assosiasiyasının (İDA) və İran Sənədli Kino İstehsalçıları Assosiasiyasının üzvüdür. Filmlərində (Rakhsh on Flesh (2003 ), The Lovers: The Victims ( 2004 ), Bewildered ( 2005 ), Tabriz: Images from the forgotten world ( 2007 ), Immortality ( 2012 ) aktual sosial problemləri işıqlandırır (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 206