Təbrizdə II Aşıq Musiqisi Festivalı keçiriləcək?
Təbrizdə II Aşıq Musiqisi Festivalı keçiriləcəyi barədə gözlənilməz xəbər yayılıb.
Bu barədə Təbriz Şəhər Bələdiyyəsinin mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Seyid Rza Ələvi açıqlayıb. Ələvi demiş olub ki, «festivalda məqsəd yerli mədəniyyəti inkişaf etdirmək, yad mədəniyyətlərin hücumlarından qorumaqdır və sair»dir: “Festival qrup, solo və sazda olmaq üç növ ifa üzrə keçiriləcək. Tədbirdə iştirak etmək üçün maksimum yaş həddi 40-dır. Festival yalnız İranın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərini əhatə edəcək. Musiqi qrupları qopuz, balaban, dohol, qaval və qoşa nağarada ifa edəcəklər. İştirakçılar əsərlərini iyulun 16-dək festivalın Təbrizdəki təşkilat komitəsinə göndərməlidirlər”. Türklərin milli mədəniyyətinin və dilinin boğulduğu bir ölkə üçün etiraf edək kiş maraq doğuran xəbərdir. Seçkidən sonra əgər bir bəhanə tapıb, fikirlərini dəyişməsələr…