Muəllif:

Təbrizdə etiraz plakatları asılıb

Nə vaxtdan bəridir haqqında söhbət gedən məsələ gerçəkləşmək üzrədir. Şərqi Azərbaycan valisi Əhməd Əlirza Beygi bildirib ki, İran və Ermənistan arasında müştərək ticarət zonası ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Ermənistan və İran bu işi Şərqi Azərbaycan üzərində gerçəkləşdirməyə hazırlaşırlar.
Lakin Təbrizdə mollaların Şərqi Azərbaycan vilayətini bu mənfur işə qoşmaq istəkləri nifrətlə qarşılanıb. Şəhərdə yanvarın 16-da Ermənistanla əlaqələri inkişaf etdirməyə etiraz plakatları asılıb. Təbriz bazarının yaxınlığındakı yerüstü keçiddən asılmış plakatda bu sözlər yazılıb:
«Biz Azərbaycan türkləri olaraq İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyginin işğalçı Ermənistana səfər etməsini və bu ölkəyə əvəzsiz yardım göstərməsini pisləyirik».
Bundan əlavə, Marağada keçirilmiş aksiya zamanı həbs olunmuş höccət-ül-islam Əbduləziz Əzimi-Qədim ilə bağlı ayrıca plakat asılıb. Həmin plakatda isə belə qeyd olub:
«Höccətülislam Əbduləziz Əzimi Qədiminin İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beyginin işğalçı Ermənistana səfər etməsinə etiraz etdiyinə görə həbs olunmasını qınayırıq».
Dekabrın 27-də də Marağa şəhərində bu əməllərə qarşı etiraz aksiyası keçirilib. Şəhərin Müsəllim meydanına toplaşan azərbaycanlılar «Haray, haray, mən türkəm!», «Qarabağ bizimdir, bizim olacaq!» kimi şüarlar səsləndirərək, Şərqi Azərbaycan vilayətinin valiliyindən Ermənistanla bütün əlaqələrin kəsilməsini tələb ediblər. İran polisi aksiyanı dağıtmaq üçün nümayişçilərə qarşı fiziki gücdən istifadə edib. Nəticədə sıralarında tanınmış azərbaycanlı fəal, höccət-ül-islam Əbduləziz Əzimi-Qədim də olmaqla bir neçə nümayişçi həbs edilib. Onlar indiyədək azadlığa buraxılmayıb, həmin aksiyada iştirak etmiş bir neçə azərbaycanlı isə bu günlərdə həbs olunub.
Şərqi Azərbaycan vilayəti ilə Ermənistanın Armavir vilayəti arasında 25 maddəlik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə birgə sərgilərin təşkil edilməsi, turizm xidmətləri, rafinə olunmuş neftin istehsalı imkanlarının araşdırılması, azad ticarət zonasına investisiya yatırılması imkanları və s. qeyd edilib. İranın «Araz» Azad İqtisadi Zonasının direktoru Sadiq Nəcəfi isə bildirib ki, Təbriz Ticarət Palatası və «Araz» AİZ-in Ermənistanın Armavir vilayətində nümayəndəliyi açılacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 190