Muəllif:

Tbilisidə Turqut Özakmanın “Duvarların ötesi» əsərinin premyerası olub

Tbilisidə Atoneli teatrında Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının aktyor kollektivinin iştirakı ilə türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” (Duvarların ötesi) adlı əsərinin premyerası olub. Tamaşa ARDNŞ Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə səhnəyə çıxarılıb. Rollarda gənc aktyorlardan Aslan Məmmədov, Fazil Bayramov, Azər Əliyev, Aysel Məmmədova, Anar Rafiqoğlu və Namiq Valehoglu oynayıb.

Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Namiq Valehoğlu APA-ya açıqlamasında əsərin məhbus həyatından bəhs etdiyini bildirib:

“Aktyorlarımız əsərin premyerasına ciddi hazırlaşaraq isedad və bacarıqlarını nümayiş etdirərək dəfələrlə tamaşaçıların rəğbətini qazanıblar. Türk yazıçısının əsərinə müraciət etməyimiz təsadüfi deyil. Biz gələcəkdə əsəri türk dilində də oynamaq fikrindəyik. Dilimizdə elə də fərq yoxdur. Çalışacağıq ki, yeni ildə Tiflisdə yaşayan türklər də bu əsərin tamaşasına baxa bilsinlər”.

Regissor bu əsərin  31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə dünyada yaşayan azərbaycanlılara bir töhfə olduğunu bildirib.

Tamaşanın premyerasında Tiflisdən, Marneuli və Qardabanidən, Bolnisidən gələn tamaşaçılar iştirak ediblər. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128