Muəllif: Redaksiya
Tbilisidə terror aktının qarşısı alınıb
Gürcüstan DİN Tbilisidə terror aktının qarşısını alıb. Bu barədə bu gün Gürcüstan DİN bəyanat yayıb. Məlumata görə, bu gün səhər saatlarında müxtəlif hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilsidə xarici vətəndaşlar Mikayıl Kadiyev və Rizvan Ömərov saxlanılıblar.
Onların yaşayış yerində aparılan axtarış zamanı xeyli sayda partlayıcı madddə, elektrodetonator, odlu silah və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib.
İstintaq müəyyən edib ki, İnterpolun axtarışında olan Kadiyev 2011-ci ildən Gürcüstanda gizlənib, müəyyən vaxtlarda isə ölkə hüdudlarını tərk edib.
İndiki mərhələdə saxlanılan şəxslərin əlaqələrini və onlara himayədarlıq edənləri üzə çıxartmaq üçün axtarış tədbirləri aparılır.
Bölüm: Dünya
Oxunma sayı: 118