Tbilisidə bizim cüdoçular komanda hesabı ilə 1-ci oldu
2-3 fevralda Tbilisidə keçirilən Qitə Kubokuna 23 cüdoçu ilə yollanan Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medulla komanda hesabı ilə ilk pillədə qərarlaşıb. İsrail, Yaponiya və Gürcüstan komandaları isə müvafiq olaraq 2, 3 və 4-cü yerləri tutublar. Xatırladaq ki, ötən il Gürcüstan komandası 6 medalla yarışın birincisi idi. Azərbaycan Cüdo Federasiyasından AYNAya verilən xəbərə görə Tural Safquliyev (81 kq) və Şaxmad Maqomedov (90 kq) turnirin qalibləri, Şahin Qəhrəmanov (90 kq) ikinci, Hüseyn Rəhimli (73 kq) və Məmmədəli Mehdiyev (81 kq) isə üçüncü oldu.
Yarşın birinci günü Azərbaycan cüdoçusu Hüseyn Rəhimli (73 kq) bürünc medala sahib olub. 81 kq-dək kateqoriyada Tural Safquliyev ikinci dövrədə gürcüstanlı Yason Çilindrişvili ilə qarşılaşıbvə ona ipponla qalib gəlib. Dörddə bir finalda Tural, ukraynadan Sergey Qonçuk və macar idmançısı Milan Kollerə qalib gəlmiş komanda yoldaşı Məmmədəli Mehdiyevlə görüşüb. Çudoçularımızın qarşılaşması Tural Safquliyevin gələbəsi ilə bitib və beləliklə o, yarımfinala çıxıb. Burada İsrail cüdoçusu Asaf Çenə xal hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Nəhayət finaldakı rəqibi yaponiyalı Takanori Naqaseyi ipponla məğlub edən cüdoçumuz Tural Safquliyev özünün favorit statusunu təstiqləyib.
Bürünc medal uğrunda mübarizəni davam etdirən Məmmədəli Mehdiyev ilk qarşılaşmada erməni Mqer Karapetyanı, daha sonra isə rusiyalı Arsen Prşmaxovu məğlub edərək üçüncülükdə qərarlaşıb.
Həmçinin 90 kq-dək olan çəkidə çüdoçumuz Şahin Qəhrəmanov rusiyalı Dmitrli Renevi və gürcü Zviyad Qoqoçurini məğlub edərək dörddəbir finalda Ukraynadan olan Stanislav Retinskiylə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Şahin yarımfinalda tataminin sahibi Paşa Tavelurini də məğlub edib. Beləliklə, finalda Azərbaycan cüdoçuları Şexmad Maqomedov və Şahin Qəhrəmanov birincilik uğrunda mübarizə aparıb və müvafiq olaraq 1-ci və 2-ci yerləri öz aralarında bölüşdürüblər.
Yeri gəlmişkən Şexmad Maqomedov öz qalibiyyət yolunda gürcü Yumberi Qiqaurini, rus Yuri Panasenkovu, erməni Karen Yanoyanı (ippon), gürcü Beko Qvinaşvilini məğlub edib.
Tbilisidə keçirilən Qitə Kubokunu izləməyə Gürcüstanın Baş naziri Bidzina İvanişvili, daxili işlər naziri İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, tanınmış şəxslər təşrif buyurub.