Muəllif:

Tbilisi meri büdcə vəsaitini seçkiyə yönəldibmiş

Tbilisi şəhər məhkəməsi paytaxt meri Qiqi Uqulavanı 50 min lari (29 min dollar) girov müqabilində sərbəst buraxıb.  Qiqi Uqulava barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi bir neçə saat davam edib. Baş Prokurorluq  merin həbsini və onun səlahiyyətlərinin dayandırılmasını tələb edirdi.

Məhkəmənin qərarına əsasən, Uqulava girovu 30 gün ərzində ödəməlidir.  Uqulava Mixail Saakaşvilinin Vahid Milli Hərəkat partiyasının seçki kampaniyasının maliyyələşməsinə şəhər büdcəsindən 30 mln. dollaradək vəsait xərcləməkdə ittiham olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104