Muəllif:

Tank əleyhinə «Əqrəb»in istehsalı başlanıb

Müdafiə Sənayesi Nazirliyi (MSN) mütəxəssisləri tərəfindən «Gürzə» patrul maşınının bazasında tank əleyhinə «Əqrəb» adlı maşın yaradılıb. Kompleksin silahlanmasına yanlarda 7.62 mm çaplı pulemyot, «Skif» və ya «Spayk» tipli tank əleyhinə idarə olunan raket kompleksləri daxildir.

Yüksək keçicilik qabiliyyətinə malik maşın «Toyota Hillux 12» şassisi üzərində hazırlanıb. İstənilən ərazi şərtlərində tanklara qarşı effektiv mübarizəni təmin edir.

İlk nümunəsi iyunun 26-da Bakıda keçirilən hərbi parada nümayiş etdirilmiş «Əqrəb» «Azərbaycan-10 il» sərgisində nümayişə çıxarılacaq.

Bu ilin əvvəlində ictimaiyyətə təqdim edilmiş «Gürzə» patrul maşınının AQS-17 tipli avtomatik qumbaraatanla silahlandırılmış «Bəbir» adlı modifikasiyası da mövcuddur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 258