Muəllif:

Tanışını bıçaqlamış, sonra pivə içmişdilər, hakim isə 5 il oxudu

İlham Əlizadə aprelin 27-də saat 18 radələrində Gəncə Çini qablar zavodunun yaxınlığındakı köhnə “2705” saylı yük avtomobilləri qarajının yeməkxanasında tanışı Abbas Xəlilov ilə birgə yeməyə
əyləşiblər, spirtli içki də qəbul ediblər. Yeyib-içən tanışlar daha sonra oranı tərk ediblər. Onlar qeyd olunan qarajın həyətində öz aralarında qarşılıqlı zarafatlaşıblar. Bu zaman İlham Əlizadənin sözlərindən Abbas Xəlilov əsəbiləşib. O, İlham Əlizadəni söyüb və əli ilə onun alın nahiyəsinə vurub. Abbas Xəlilovun zərbəsindən yerə yıxılan İlham Əlizadə dərəcəsi təyin edilməyən xəsarət alıb.
Bu vaxt İlham Əlizadə özündə olan bıçağı Abbas Xəlilovun qarnına yeridib. Abbas Xəlilov vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub. Bununla da İlham Əlizadə CM 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Zabul Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, bildirib ki, Abbas Xəlilovu həqiqətəndə bıçaqla vurub. Onun sözlərinə görə, zərərçəkmişə ağır xəsarət yetirib: “Ancaq bunun səbəbkarı Abbasın özü olub. Abbası vurmaq fikri olmayıb. Abbasın özü sözlə zarafata başlayıb, sonra söyüşlə zarafata keçib. Ona sərt cavab qaytardığım üçün əli ilə vuraraq məni yerə yıxdı. Sonradan isə üstümə çıxdı və məni vurmağa davam etdi. Mən də bıçağı çıxaraq, onu üstümdən salmaq istədim. Bu zaman bıçaq onun kürəyindən və sinəsindən dəydi, azca yaraladı. Abbas Xəlilov üstümdən durdu. O, məni yenə vurmaq üçün üstümə gəldi. Buna görə də bıçağı onun qarnına yeritdim. Bundan sonra oradaca barışdıq… “Söyüdlülər” yeməkxanasına gedərək, orada pivə içdik…”.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunan İlham Əlizadə 5 il azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183