Muəllif:

Tanınmış təhsil eksperti Əlövsət Osmanlı dünyasını dəyişdi

Tanınmış təhsil eksperti, riyaziyyatçı alim Əlövsət Osmanlı 57 yaşında həyata vida etmişdir. Əlövsət Osmanlının oğlu Dilqəm Osmanov mətbuata bildirib ki, atası dünən Milli Parkda gəzişərkən (axşam saatlarında bulvarda gəzintiyə çıxmaq adəti vardı) anidən ürək tutması olub. Dərhal həkim çağırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb (mərhum son zamanlar ürəyindən şikayət edirdi).

Vətənini və millətini sevən, onun saz-söz dünyasına dərindən bağlı olan, millətini tərəqqi etmiş millətlər cərgəsində görməyi istəyən və buna çalışan dəyərli ziyalılarımızdan idi. Bu baxımdan onun dünyadan gedişi bizim üçün böyük itkidir.
Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstanın Dmanisi (Baş Keçid) bölgəsinin Dəmirli kəndində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsini bitirib. Riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi vardı. 2000-ci illərdən bəri Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin, təhsil problemlərinə dair kitabların müəllifidir. Təhsilin məzmunu ilə bağlı tədqiqatları yaxşı məlumdur. Mətbuatla sıx əməkdaşlıq edər, fikirlərini açıq söyləməkdən qətiyyən çəkinməzdi. Bu illər ərzində mərhumun təhsil problemlərinə dair şərhləri, məqalələri, onunla müsahibələr
sıx-sıx AYNA və ZERKALO səhifələrində də yer almışdır.
Tanrıdan ona rəhmətlər diləyirik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 531