Muəllif: Redaksiya
Taner Yıldız Fransaya «AES mesajı» göndərib
Fransanın Türkiyədəki atom elektrik stansiyasına (AES) yatıracağı investisiyalar ölkənin qondarma «erməni soyqırımı» üzrə mövqeyinə təsir edəcək. Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib ki, Fransa hakimiyyəti yaxşı anlayır ki, «erməni soyqırımı» məsələsi Türkiyə üçün «keçilməz həddir».
Yıldız qeyd edib ki, Türkiyə Fransanın siyasi və iqtisadi maraqlarının üst-üstə düşəcəyinə ümid edir. Türkiyənin Sinop rayonunda ikinci AES-in tikintisi 20-22 milyard dollara başa gələcək. AES-i Yaponiyanın Mitsibushi və Fransanın GDF şirkəti konsorsium şəklində inşa edəcək.
Bölüm: Dünya
Oxunma sayı: 96