Muəllif: İsmayıl Umudlu
Taner Yıldız: Aksiyalar Türkiyənin iqtisadi yüksəlişinə qarşı yönəlib
Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız hesab edir ki, Türkiyə şəhərlərində baş verən aksiyalar Türkiyənin iqtisadi yüksəlişinə qarşı yönəlib. Nazir düşünür ki, heç də hamı Türkiyədən razı deyil. Yıldız əmindir ki, baş verən hadisələrə baxmayaraq, Türkiyəby\undan sonra da öz iqtisadiyyatını irəli aparacaq, Türkiyənin inkişaf strategiyası var və ölkə qarşıya qoyulmuş hədəfə doğru gedəcək.
Türkiyədə 20 gündən artıqdır aksiyalar davam edir. Hökumət rəsmilərinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 143