Muəllif:

Taleh Bağırovun kamerasından gizli saxladığı telefon aşkarlanıb

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən yayılan əbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il doğumlu, CM 234.1 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma )  təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Taleh Kamil oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış zamanı çarpayının baş tərəfində hazırlanmış gizli saxlanc yerindən daxilində “Cin” danışıq kartı olan 1  ədəd “Nokia” markalı mobil telefon aparatı və 1  ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Bundan başqa, bu İstintaq təcridxanasında saxlanılan 1959-cu il doğumlu, CM 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Alışan oğlu Dadaşovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içərisində gizlətdiyi 2 ədəd sellofan bükülüdə olan narkotik maddə aşkar edilərək götürülüb.

 Faktlar üzrə araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147