Muəllif: Redaksiya
Taksimə giriş məhdudlaşdı, Gəzi Parkında isə təmizlik işləri gedir
Bu gün səhər saatlarlında Taksim meydanındakı Gezi Parkında təmizlik işləri başlanıb. Parkdan çadırları yığışdıran bələdiyyə işçiləri daha sonra ərazini yuyublar. Ərazidəki işıq dirəkləri bərpa edilib, aksiya iştirakçılarının parka gətirdikləri əşyalar burdan daşınıb, deyə Anadolu Agentliyi xəbər verir. Agentliyin yazdığına görə, artıq ərazidə aksiya iştirakçısı qalmayıb. İstanbul Böyükşəhər Bələdiyyəsi bölgədə növbə çəkən polislərə və təmizlik işi aparan bələddiyyə işçilərinə yemək paylayıb.
Gəzi parkında xarab günə qoyulmuş güllüklər bərpa edilir.
Gündüz saatlarında Hərbiyyə səmtdə polislə kiçik etirazçı qrupları arasında toqquşmalar baş verib. Digər səmtlərdə isə sakitlikdir.
Bölüm: Dünya
Oxunma sayı: 159

